Azərbaycan Türk Dünyasinin mərkəzidir, Rusiyanın arxa bağçasi deyildir.

Türkiyə bütün Dünya türklərinin dövlətidir. Dünyada yaşayan 500 milyon Türkün təmsilçisi və mərkəzi gücüdür, beynidir. 

Türkiyə dövləti Azərbaycandaki keçici iqtidarların, liderlərin müttəfiqi deyil, Azərbaycandaki Türk Millətinin müttəfiqidir. 

Türkiyə və Azərbaycan Dövlətlərini quran millət eyni millətdir, birdir. Bir millətin iki dövlətidir.

Türkiyə Türk Millətinin qərb qoludur, qərbə açılan qapisidir.Həm də Azərbaycanı Qərb tərəfdən gələn təhlükələrdən  qoruyan qaladır. 

Türkiyə ilə danışarkən diqqətli olun. Türkiyəyə meydan oxuyan iqtidarlari, çixar qruplarini Azərbaycandaki türklük Azərbaycandan siler.

Zatən də heç olmasa üzde də olsa, sözdə də olsa Turkiyə ilə birlik siyasətlərinə dəstək verənlər kimi göründüyünüz üçün susuruq.

Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasında da,  Qarabağin alinmasinda da, sizlərin var olmasinda da Türkiyenin rolu, izi, iradəsi vardir. Güney Azərbaycanın Urmu bölgəsində də Erməni dövlətinin qurulmasinin  qarşisini Türkiyə  aldi. Siz Ermənilərlə 30 ildir savaşırsınız, Türkiyə 150 ildir savaşır. Deyəlim ki, Türkiyə İrəvanı Ermənilərə verdi, Siz də bu günkü Erməňistanın yaranması üçün 21 milyon kv.km torpaq vermədinizmi? Bəs siz niyə verdiniz? 

Türk Milləti Anadolu ilə Qafqazın, Türkiyə ilə Azərbaycanın birləşməsi ilə güclü olacaqdır. Bu birliyi pozanlar Türk Millətinin düşmənidir.

Azərbaycan parlamentində Putinin ağzi ilə danışib Türkiyəyə, Osmanliya meydan oxuyan deputatlarinizin olduğunu da bilirik, Qarabağ savaşindan öncə Türkiyəyə, Qafqaz İslam Ordusuna qarşi yazilan məqalələri də bilirik, anti Türkiyəçi, Türk düşməni olan akademisyenlər yetişdirdiyinizi də bilirik, tv. efirlərinə çixib Turkiyəyə,  İrəvani Ermənilərə Turkiyə verdi deyən partiya sədrlərinizi də bilirik. Bütün dövlət strukturlarinda Rus dilli, Rus başli 5 kolonun təmsil olunduğunu da bilirik, Türk Millətini dövlətə yaxın buraxmadığinizi da bilirik. Türkiyə olmasaydi, nəinki İrəvan, Azərbaycan da bütövlükdə Ermənilərə verilmişdi bunu unutmayın. Türkiyə olmasaydi Azərbaycanda türklük qalmazdı.
Çoxmillətli Azərbaycançiliq ideologiyasini da Turk Millətinə qarşi, Türkiyəyə qarşi uydurduğunuzu da bilirik. Türk Milləti hər şeyi hafizəsinə yazir. 

İrəvani da Türkiyəsz ala bilməyəcəksiniz. Qərbi Azərbaycana da Türkiyəsiz qayıda bilməzsiniz. Türkiyə Azərbaycan siyasəti iç-içədir, birdir, ayrilmazdir!

Heç bir lider, siyasi iqtidar, siyasi çıxar Türk Millətinin iradəsindən üstün deyildir! 
Həddinizi bilin. 
Daha Azərbaycanda Türkiyə bayrağinin endirilməsini əmr edən iradəyə dözən bir xalq yoxdur ki, hər əməlinizə susa. Azərbaycanda oyanmış Türk Milləti var, onun iradəsi var!-  ---Yasəmən Qaraqoyunlu Baku