Pezeşkianın seçimi bir fürsətdirmi?
Məsud Peşekian prezidentliyə namizəd olduqdan bəri, bu seçkilər keçmiş illərin seçkilərindən daha fərqli, daha müzakirəli və daha həyəcanlı bir atmosfer yaradıb, Çünki üç cür düşüncə bu seçgilərdə ortaya çıxıbdır :
1. İranşəhrilər( yanı panariyayi - pan farsism)e aid olanlar, və bu düşüncənin təsiri altında olanlar: türklərə və ərəblərə qarşı avtomatik olaraq nifrət bəsləyənlər. Onlar heç vaxt bu millətlərin və ya bu millətlərdən birinin ölkənin yüksək mövqeyində olmasını qəbul edə bilməzlər. Təəssüf ki, bu insanların bəziləri, qeyri fars millətlərin özündən olan assimilyasiya olunmuş fərdlər də ola bilər. Onlar İranın vahidliyini və bütövlüyünü qorumaq bəhanəsi ilə digər millətlərin hüquqları barədə danışılmasını rədd edirlər. Bu qrupda İrancı düşüncələrlə tərbiyə olunan, lakin özlərini rejim və rəhbərə fədai hesab edən bəzi bəsicilər də var.
2. İnternet və ondan əldə olunan imkanlar sayəsində son illərdə iranşəhri düşüncəsilə zəhərlənməmiş farslar : onlar anladılar ki, nə türk dili təhlükəlidir, nə də türklər geri qalmış, yük daşıyan və ya lağ mövzusu olmalıdırlar. Əksinə, türklər gözəl görünüşlü, ədalətli və mehriban insanlardır kı İndiyədək öz bölgələrindən kənarda türk dilində danışmaqdan çəkinirdilər və bu, İrancı assimilyasiya olunmamış qeyri-fars insanların arasında yumşaqlıq və ədalətli bir baxış yaratmışdır. Pezeşkianın ixtisası, təcrübəsi və ümumi xalqa qarşı ədalətli davranışlarına görə (seçkidən sonra vədlərin yerinə yetirilməsi qeyri-müəyyən olsa da) əvvəlki illərin seçkilərinə nisbətən bir az ümid yaratmışdır.
3. Türk milləti və digər millətlər:
Mənim bu yazıda məqsədim, seçkilərə qatılmaq və Pezeşkiana səs vermək barədə düşüncə və motivləri təhlil etməkdir. Milli hərəkatın bəzi fəalları bunu məqsədəuyğun hesab edir, digərləri isə tamamilə qarşı çıxır və insanları hətta Pezeşkiana səs verməkdən çəkindirirlər. Onlar seçkilərə qatılmağı məqsədəuyğun hesab etmirlər.
Aydındır ki, rejim türklərin potensialını bilir və bu potensialdan rejimi və onun daxili və xarici siyasətini qorumaq üçün istifadə etməyə məcburdur. Biz keçmiş seçkilərdə də bunu gördük ki, Urmiya gölünü canlandırmaq və ana dilində təhsil hüququ kimi vədlərlə Azərbaycan xalqını sandığa çəkdilər və hakimiyyətə gəldilər. Bu potensialın oyanışı, milli hüquqlar və insani haqlar üçün mübarizə aparan milli hərəkatın cəsur kişiləri və qadınlarının qurban verilməsi və fədakarlığı ilə mümkün olmuşdur. Bəziləri həyatlarını həbsxanalarda, bəziləri isə mühacirətdə keçirmiş və keçirir, Bəziləridə artıq aramızda yoxdur, Bu potensialın oyanışına borcluyuq ki, rejim qeyri-fars bir şəxsin hüquqlarını müdafiə etməsinə imkan verməyə məcbur oldu.
İndi soruşmaq lazımdır ki, əgər türklər seçkilərə qatılmasa və Pezeşkiana səs verməsə, bu millətin xeyrinə nə baş verəcək? Ümumiyyətlə, əgər əksəriyyət seçkilərə qatılmasa, dünya ədaləti İran xalqına göstərəcəkmi? İnsan hüquqları təşkilatları rejimə "İnsanlar səni istəmir, get buradan və xalqın öz taleyini müəyyən etməsinə icazə ver" deyəcəkmi?
Bəzi insanların gözlədiyi kimi, ABŞ İrana hücum edəcək və ya rejimi devirəcək mi? Bir neçə il əvvəl Məhsə Əmininin və digər gənc elitlərin öldürülməsi ilə nə oldu? Berlində ən azı 80 min nəfər "Xalqımızın yardımına gəlin" deyə qışqırmadımı? Bir neçə gün əvvəl Nuri nəzakətlə rejimə təhvil verilmədimi?
Bütün bunlar bunu göstərir ki, əgər bir şəxs siyasətə müdaxilə etmək haqqını özümüzə tanıyırsa , ağıllı və tədbirli davranmalı, düşünməli və mümkün qədər xalqın mənafeyinə uyğun müdaxilələr etməlidir. İran İslam Respublikası hakimiyyətinin qırx il ərzindəki siyasətindən və etdiklərindən başa düşməliyik ki, dünya bizimlə deyil, öz millətinin, dövlətinin və siyasətinin maraqlarını düşünür. Zülmdən qurtuluşun yolu daxildədir və xalqın şüuru və birliyi ilə mümkündür, ölkələrin sanksiyalarına ümid etmək…
Şərifə Cəfəri -Berlin