Türk övladı...

I M G 6877
Od-alovdan yoğrulmuşuq
Türk övladı, soy köküyük!
Əcdadımız Şah İsmayl
Cavanşirlər nəslindənik!
Haqq ədalət yolçusuyuq
Haqq həmişə qalib gəlir !
Döyüşə hazır ol əsgər.
Vətən yolunu gözləyir!
Sınaqlardan keçib gəldik
Tarixin iz- yaddaşıyıq!
Dədə Qorqud ocağından
Babəklərik, Koroğluyuq...
Kitablara sığmayacaq
Ər-igidlik dastanıyıq!
 Tarixlərə tarix yazan
Ulu Öndər  diyarıyıq.

Ayağa qalx Türk dünyası
Birləşək bir yumruq olaq!
Türklük özü şərəf -şandır
Adımızı uca tutaq!

 Gülşən Behbud-  BAKÜ